İran Tehranın Kiprdə israillilərə qarşı sui-qəsd hazırlamaqla bağlı ittihamları rədd edib

İran Tehranın Kiprdə israillilərə qarşı sui-qəsd hazırlamaqla bağlı ittihamları rədd edib
# 04 oktyabr 2021 22:23 (UTC +04:00)

İranın Nikosiyadakı səfirliyi Tehranı Kipr Respublikasında yaşayan israilli iş adamlarına qarşı sui-qəsd hazırlamaqda günahlandıran İsrail hakimiyyətinin açıqlamasını rədd edib.

APA TASS-a istinadən xəbər verir ki, İran İslam Respublikasının mövqeyi ölkənin diplomatik missiyası tərəfindən yayılan qısa bəyanatda qeyd olunub.

İran səfirliyi İsrailin “İrana qarşı əsassız ittihamlar” irəli sürdüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR