İran təyyarəsi İraqda uçuş zolağından çıxıb

İran təyyarəsi İraqda uçuş zolağından çıxıb
# 04 avqust 2021 16:34 (UTC +04:00)

İranın “Qeşm Air” hava yollarına məxsus “Airbus A320” təyyarəsi İraqın Nəcəf şəhər hava limanında uçuş zolağından çıxıb.

APA-nın Tehran bürosunun məlumatına görə, təyyarə Nəcəf hava limanında Tehranın İmam Xomeyni adına hava limanına uçmağa hazırlaşarkən uçuş zolağından çıxıb və quma batıb.

Məlumata görə, hadisə nəticəsində təyyarə sərnişinlərindən xəsarət alan olmayıb.

Sərnişinləri Tehrana aparmaq üçün yeni təyyarə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR