İranda daha 448 nəfər koronavirusdan ölüb

İranda daha 448 nəfər koronavirusdan ölüb
# 13 sentyabr 2021 14:14 (UTC +04:00)

İranda ötən sutka ərzində 448 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 114 759 nəfərə yüksəlib.

Ölkədə ötən sutka ərzində 22 541 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 5 318 327 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR