İranda daha 643 nəfər koronavirusdan ölüb

İranda daha 643 nəfər koronavirusdan ölüb
# 31 avqust 2021 14:45 (UTC +04:00)

İranda ötən sutka ərzində 643 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 107 794 nəfərə yüksəlib.

İranda son 24 saatda 31 319 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 4 992 063 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR