İranda ötən sutka 235 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 235 nəfər koronavirusdan ölüb
# 01 oktyabr 2021 15:23 (UTC +04:00)

İranda ötən sutka ərzində 235 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 120663 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 14525 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5601565 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR