İranda ötən sutka 610 nəfər COVID-19-dan ölüb

İranda ötən sutka 610 nəfər COVID-19-dan ölüb
# 05 sentyabr 2021 13:52 (UTC +04:00)

İranda ötən sutka ərzində 610 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 110 674 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 25 870 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5129407 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR