İranda ötən sutkada COVID-19-dan 199 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 199 nəfər ölüb
# 16 iyul 2021 14:08 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 199 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 86 791 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 21 885 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 485 940 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR