İranda ötən sutkada COVID-19-dan 694 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 694 nəfər ölüb
# 26 avqust 2021 15:35 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 694 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 104 716 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 36 758 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 4 833 135 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR