İranda yük avtomobili minik maşını ilə toqquşub, 5 nəfər ölüb, 18 nəfər yaralanıb 

İranda yük avtomobili minik maşını ilə toqquşub, 5 nəfər ölüb, 18 nəfər yaralanıb 
# 28 noyabr 2021 23:22 (UTC +04:00)

İranın Hörmüzqan əyalətində Minab-Sirik magistral yolunda yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, minik avtomobilində olan sərnişinlər Əfqanıstan vətəndaşları olub.

Hadisə nəticəsində yaralanan 18 nəfərdən 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar arasında bir qadın və iki 3-4 yaş aralığında uşaq var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR