İranın neft naziri: “Ötən illərdə ölkənin neft və qaz sənayesinə lazımi sərmayə yatırılmayıb”

İranın neft naziri: “Ötən illərdə ölkənin neft və qaz sənayesinə lazımi sərmayə yatırılmayıb”
# 02 noyabr 2021 21:02 (UTC +04:00)

“Ötən illərdə İranın neft və qaz sənayesinə lazımi sərmayə yatırılmayıb”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın neft naziri Cavad Oci deyib.

O bildirib ki, ölkənin ehtiyaclarını təmin etmək üçün neft və qaz sənayesinə 160 milyard dollar sərmayə yatırılmalıdır.

Nazir qeyd edib ki, gələn ilin büdcəsində neft və qaz sənayesinin inkişafı üçün büdcə ayrılmazsa, gələcəkdə bu məhsulların idxalatçısına çevriləcəyik.

Qeyd edək ki, İran ötən illər ərzində neft və qaz sənayesində sərmayə yatırılması durumu ilə bağlı hesabat açıqlamayıb. Lakin İran parlamentinin tədqiqat mərkəzinin cari ildə yayımladığı hesabatda bildirilir ki, İranda 2012-ci ildən bu yana neft və qaz sənayesinin inkişafı, yeni kəşfiyyat quyuları üçün yatırılacaq sərmayələrin həcmi azalıb. 2012-ci ildə bu rəqəm 23 milyard dollar idisə 2018-2019-cu illərdə 3 milyard dollara qədər aşağı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR