İranın Qərbi Azərbaycan əyalətində zəlzələ olub

İranın Qərbi Azərbaycan əyalətində zəlzələ olub
# 20 avqust 2021 14:13 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətində zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar 3,9 bal gücündə Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin 48 kilometrliyində qeydə alınıb.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

Fəsadlar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR