İranın Simnan əyalətində iki yol qəzasında 3 nəfər ölüb, 49 nəfər xəsarət alıb

İranda yol qəzası

© APA | İranda yol qəzası

# 30 oktyabr 2021 10:27 (UTC +04:00)

İranın Simnan əyalətində baş verən iki yol qəzasında 3 nəfər ölüb, 49 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Simnan vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Müzəffər Məhəmmədxani deyib.

M.Məhəmmədxaninin sözlərinə görə, avtobus aşması nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

O qeyd edib ki, digər qəza sərnişin avtobusunun qarşıdan gələn yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində 32 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilən yaralılardan 7-nin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR