İsraildə 12-15 yaşlı yeniyetmələrin də peyvəndlənməsinə başlanılıb

İsraildə 12-15 yaşlı yeniyetmələrin də peyvəndlənməsinə başlanılıb
# 06 iyun 2021 21:33 (UTC +04:00)

İsraildə 12-15 yaş arası yeniyetmələrin də koronavirusa qarşı peyvənd olunmasına başlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Yediot Ahronot” nəşri məlumat yayıb.

Bildirilir ki, yeniyetmələrin peyvənd olunması kampaniyasına bazar günü başlanılıb. Ancaq yoluxma hallarının sayının azalması ilə əlaqədar səhiyyə mütəxəssisləri “ağır koronavirus xəstəliyinə tutulma riski olan yeniyetmələrin, ağır koronavirus xəstəliyinə yoluxma riski olan və ya ölkə xaricinə getməyə hazırlaşan ailə üzvləri ilə yaşayan yeniyetmələrin” peyvənd olunmasını tövsiyə edirlər.

Tibb işçilərinin fikrinə görə, İsraildə istifadə olunan “Pfizer” peyvəndi effektiv və təhlükəsizdir.

Qeyd edək ki, İsraildə COVID-19-a qarşı əhalinin kütləvi peyvənd olunmasına dekabrın 20-də başlanılıb. İndiyə qədər ölkədə 5,45 milyondan çox insan birinci dozanı, 5,1 milyondan çoxu ikinci dozanı qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR