İsrailin Baş naziri COVID-19 peyvəndinin üçüncü dozasını vurdurub

Naftali Bennett

© APA | Naftali Bennett

# 20 avqust 2021 13:38 (UTC +04:00)

İsrailin Baş naziri COVID-19 peyvəndinin üçüncü dozasını vurdurub.

APA-nın xəbərinə görə, bu barədə "Kan" dövlət radiosu məlumat yayıb.

Bildirilib ki, 49 yaşlı Baş nazir Naftali Bennett Kefar-Sava şəhərində "Meir" tibb mərkəzində peyvənd vurdurub.

Baş nazir vətəndaşları üçüncü doza peyvənd vurdurmağa çağırıb.

Qeyd edək ki, iyulun 30-dan etibarən İsraildə 60 yaşdan yuxarı vətəndaşlara "Pfizer-BioNTech" peyvəndinin 3-cü dozasının vurulmasına başlanıb. Daha sonra isə Səhiyyə Nazirliyi bildirib ki, 40 və 50 yaşlarında vətəndaşlar da üçüncü doza üçün müraciət edə bilər. Tibb işçiləri, müəllimlər, xüsusi qayğı tələb edən şəxslərə qulluq edənlər yaşlarından asılı olmayaraq üçüncü dozanı vurdura bilərlər.

İsraildə ötən ilin dekabrından COVID-19-a qarşı əhalinin peyvəndlənməsinə başlanıb. İndiyə qədər 5.87 milyon nəfərə birinci, 5.43 milyon nəfərə ikinci, 1.2 milyon nəfərə isə üçüncü doza vaksin vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR