Maldiv adaları yoxa çıxa bilər

Maldiv adaları yoxa çıxa bilər
# 19 may 2021 17:31 (UTC +04:00)

Dünya iqlim dəyişikliyinə qarşı sürətli və müvafiq şəkildə mübarizə aparmasa əsrin sonlarına qədər Maldiv adaları yox ola bilər.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  ölkənin ətraf mühit, iqlim dəyişikliyi və texnologiya naziri Aminat Şauna bildirib.

Onun sözlərinə görə, ətraf mühit indiki kimi zərər görərsə, 2100-cü ilədək Maldiv  adaları  mövcud olmayacaq: “İqlim dəyişikliyi realdır və biz dünyanın ən həssas ölkəsiyik”.

Maldiv adalarının 80%-nin dəniz səviyyəsindən yalnız bir metr yüksəklikdə yerləşdiyini qeyd edən A. Şauna vurğulayıb ki, adaların əksəriyyətində daşqın və sahil xəttinin aşınması qeydə alınıb.

Nazir onu da bildirib ki, Maldiv hökuməti iqlim dəyişikliyinin təsirini minimuma endirmək üçün tədbirlər görür: “Məsələn, Maldiv adaları  istixana qazı tullantılarının azaldılmasında lider olmağa çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR