Pakistanda avtobusla yük maşınının toqquşması nəticəsində 27 nəfər ölüb

Pakistanda avtobusla yük maşınının toqquşması nəticəsində 27 nəfər ölüb
# 19 iyul 2021 10:46 (UTC +04:00)

Pakistanda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 27 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

APA-nın məlumatına görə, bu barədə "ARY News" telekanalı xəbər verir.

Məlumata görə, qəza ölkənin şərqindəki Pəncab əyalətində baş verib. Artıq hadisə yerinə xilasedicilərin gəldiyi qeyd olunur. Yaralılar ən yaxın xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR