Rusiya, Özbəkistan və Tacikistan Əfqanıstanla sərhəddə hərbi təlimlər keçirəcək

Rusiya, Özbəkistan və Tacikistan Əfqanıstanla sərhəddə hərbi təlimlər keçirəcək
# 19 iyul 2021 15:15 (UTC +04:00)

Rusiya, Özbəkistan və Tacikistan hərbçiləri Tacikistanın Hatlon vilayətində yerləşən "Harb-Maydon" poliqonunda birgə hərbi təlimlər keçirəcəklər. Təlimlər 5-10 avqust tarixlərində baş tutacaq. Sözügedən vilayət cənubda Əfqanıstanla həmsərhəddir.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Mərkəzi Hərbi Dairəsinin komandiri Aleksandr Lapin bildirib.

"Avqustun əvvəlində "Harb-Maydon" poliqonunda Tacikistan və Özbəkistan respublikaları silahlı qüvvələrinin hərbi kontingentlərinin iştirakı ilə birgə təlimdə iştirak edəcəyik. Təlim zamanı birlik dövlətinin ərazisini işğal edən qanunsuz silahlı birləşmələrin dəstələrini məhv etmək məqsədilə ortaq qüvvələr qrupu tərəfindən hərbi əməliyyatların aparılmasına hazırlaşacağıq", - Lapin bildirib.

Rusiya kontingentinin əsasını 201-ci hərbi bazanın dağ moto-atıcı, tank və artilleriya bölmələri, həmçinin Mərkəzi Hərbi Dairənin xüsusi təyinatlı qrupları təşkil edəcək. Bundan başqa, təlimlərdə radiasiya, kimyəvi və bioloji müdafiə və radioelektron mobil ordu qruplarının qoşunları da iştirak edəcək.

Xatırladaq ki, Əfqanıstanda ABŞ qoşunlarının geri çəkilməsi fonunda hökumət qüvvələri ilə silahlılar arasında yenidən qarşıdurma başlayıb. İyul ayının əvvəlində "Taliban" hərəkatının nümayəndələri (Rusiya Federasiyasında qadağandır) Əfqanıstan ərazisinin 85%-nə nəzarəti ələ keçirdiklərini elan etmişdi. 16 iyulda tarixində ABŞ, Əfqanıstan, Pakistan və Özbəkistan məsələnin həllinə dair məsləhətləşmələr barədə razılığa gəliblər. Eyni zamanda, Rusiya ABŞ-a Əfqanıstandakı vəziyyətə nəzarət etmək üçün Tacikistan və Qırğızıstandakı rus bazalarından istifadə etməyi təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR