Suriyanın cənubunda 400-dən çox silahlı qrup üzvü təslim olub

Suriyanın cənubunda 400-dən çox silahlı qrup üzvü təslim olub
# 07 sentyabr 2021 03:39 (UTC +04:00)

Suriyada 430 nəfərlik silahlı qrup ölkənin cənubundakı Deraa əyalətində silahlarını ataraq hökumətin sülh şərtlərinə razılıq veriblər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyanın təhlükəsizlik qüvvələrindəki mənbədən bildirilib.

“Deraa-Bələddə 430 silahlı qrup üzvü və xidməti qaydalarını pozan 24 hərbçi öz statuslarını nizamlamaq təklifini qəbul ediblər və barışıq mərkəzində 105 ədəd silah veriblər”, deyə mənbə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR