"Taliban" Tacikistanla sərhədə qoşun yerləşdirilməsi barədə xəbəri təkzib edib

"Taliban" Tacikistanla sərhədə qoşun yerləşdirilməsi barədə xəbəri təkzib edib
# 01 oktyabr 2021 08:02 (UTC +04:00)

“Taliban” hərəkatı Tacikistanla sərhədə qoşun yerləşdirilməsi barədə məlumatları təkzib edib.

APA xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi “RİA Novosti”yə açıqlama verib.

“Bu, doğru deyil”, - deyə Kərimi qoşunların iki ölkənin sərhədinə yerləşdirilib-yerləşdirilməməsi ilə bağlı sualın cavabında bildirib.

Bundan bir əvvəl “RİA Novosti” Tacikistan güc strukturlarındakı bir mənbəyə istinadən xəbər vermişdi ki, Düşənbə Əfqanıstanla sərhəddə “taliban”çıların toplaşmasını müşahidə etmir, vəziyyət sabitdir, heç bir təxribat yoxdur.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Departamentinin direktor müavini Aleksey Zaytsevin açıqlamasına görə, Moskva Tacikistanın və Əfqanıstanın öz sərhədlərinə qoşun çəkməsini qeydə alıb və Rusiya Federasiyası mövcud vəziyyətin həlli üçün Düşənbəni və Kabili qarşılıqlı dialoqa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR