Tehranda 30-dan çox dövlət qurumuna elektrik enerjisinin verilməsində problem yaranıb

Tehranda 30-dan çox dövlət qurumuna elektrik enerjisinin verilməsində problem yaranıb
# 30 may 2021 04:17 (UTC +04:00)

İran paytaxtı Tehran şəhərində azı 33 dövlət qurumu işıqsız qalıb.

APA “Fars” xəbər portalına istinadən xəbər verir ki, şənbə günü şəhərdə enerjinin verilməsində tez-tez problemlər müşahidə edilib.

Aidiyyəti qurumun rəsmi açıqlamasına görə, paytaxtda Kənd Təsərrüfatı Nazirliyi, Yollar Nazirliyi, banklar və bələdiyyə binaları da tamamilə elektrik enerjisiz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR