Türkiyə ilə Qətər arasında 15 müqavilə imzalanıb

Türkiyə ilə Qətər arasında 15 müqavilə imzalanıb
# 07 dekabr 2021 17:29 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həmədin təkbətək görüşündən sonra müxtəlif sahələr üzrə iki ölkə arasında 15 müqavilə imzalanıb.

APA-nın yerli bürosunun Anadolu Xəbər Agentliyinə istinadən məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həmədin iştirakı ilə iki ölkə arasında 12 müqavilə imzalanıb.

Ümumilikdə isə diplomatiya, təhsil, səhiyyə, mədəniyyət, dini işlər, mətbuat, təhlükəsizlik, ticarət və s. sahələr üzrə 15 müqavilə imzalanıb.

Qeyd edək ki, R.T.Ərdoğan Dohada keçirilən Türkiyə-Qətər VII Yüksək Səviyyəli Strateji Komitənin toplantısında iştirak üçün dünəndən rəsmi heyətlə Qətərdə səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR