“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzatdıqları barışıq əlinin Ermənistan tərəfindən bir fürsət kimi dəyərləndirilməsini və bu fürsətdən istifadə olunmasını istəyirik. Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan, Rusiya və İranla birgə müzakirə aparmaqla sabitliyin qorunmasını gözləyirik”.
APA-nın məlumatına görə, bunu Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib.
H. Akar deyib ki, dünyada münaqişələrin, problemlərin olduğu bölgələr var: ‘Belə münaqişəli bölgələrlə bağlı siyasi həll yolu tapa bilənlər daha təhlükəsiz, daha inkişaf etmiş duruma gələ bildilər. Bunun görülməsi lazımdır. Təbii ki, burada əsas məsələ Ermənistanın bunu anlamasıdır. Əgər bunu anlayarlar və gərəkli dəstək verərlərsə, addımlar atarlarsa, həm təhlükəsizlik, həm də rifah baxımından çox inkişaf edərlər. Bu aspektdə Azərbaycanın da ehtiyacları var. Söhbət Zəngəzur dəhlizindən gedir. Bu kommunikasiyanın heç kimə ziyanı yoxdur, bunu dəstəkləmək lazımdır. Bu cür addımlar rifaha yol açar. Bundan tək Azərbaycan yox, ətraf ölkələr də yararlanmaq imkanı qazanarlar”.
Türkiyə müdafiə naziri Ermənistana çağırış edib
© APA | Hulusi Akar, Türkiyə Respublikasının milli müdafiə naziri
09 noyabr 2021 13:09 (UTC +04:00)
Asiya
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib
19:33
10 may 2024
Qəzzada vəhşi arılar israilli hərbçilərə hücum edib, 10 nəfər yaralanıb
18:45
10 may 2024
İsrailin müharibə kabineti Rəfahdakı əməliyyatın genişləndirilməsini təsdiqləyib
18:14
10 may 2024
Türkiyədə çörək sexində atışma olub, ölən var
04:09
10 may 2024