Türkiyə və ABŞ prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB-1 - FOTO - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Co Bayden

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Co Bayden

# 31 oktyabr 2021 14:26 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə CNN telekanalı məlumat yayıb.
Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken iştirak edib.
Qeyd edək ki, 1 saat davam edən görüş Romada G-20 liderlərinin zirvəsi çərçivəsində keçirilib.
***

saat 13.19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken iştirak edir.

Qeyd edək ki, görüş Romada G-20 liderlərinin zirvəsi çərçivəsində keçirilir.

***

saat 12.19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Romada G-20 liderlərinin zirvəsi çərçivəsində keçiriləcək görüş saat 12.10 radələrində başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR