Türkiyədə bu gün koronavirusdan 38 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 38 nəfər ölüb
# 17 iyul 2021 23:34 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 38 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 234 min 161 nəfər test edilib, onların 7 min 666-nın koronavirus testi pozitiv nəticə verib, 5 min 490 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyə səhiyyəsinin indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 62 milyon 816 min 975 peyvənd tətbiq edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR