Türkiyədə son sutkada koronavirusdan 87 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 87 nəfər ölüb
# 09 iyun 2021 21:14 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 87 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 min 193 nəfər test edilib, onların 6 min 454-nün koronavirus testi pozitiv nəticə verib, 6 min 647 nəfər sağalıb, min 18 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 428 nəfər ölüb.

Türkiyədə indiyədək 5 milyon 306 min 690 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 179 min 833 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR