Türkiyəli siyasətçilər baş vermiş zəlzələ ilə bağlı paylaşım ediblər

Türkiyəli siyasətçilər baş vermiş zəlzələ ilə bağlı paylaşım ediblər
# 26 iyun 2021 00:14 (UTC +04:00)

Türkiyənin Bingöl vilayətində baş verən zəlzələ Erzurum, Erzincan, Elazığ, Malatya, Muş və Diyarbəkirdə də hiss edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bingöl Valisi Kadir Ekinci bildirib ki, 10 saniyəyədək sürən zəlzələnin episentri olan Bingölün Kiğı raoynundan dağıntı və itki barədə heç bir məlumat almayıb.

Zəlzələdən sonra 5 dəfə növbəti təkanlar baş verib.

Türkiyə siyasətçilərindən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ədliyyə naziri Abdulhamit Gül, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Numan Kurtulmuş “twitter” səhifələrində “keçmiş olsun” mesajı ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR