Uxnaaqiyn Xurelsux Monqolustanın yeni prezidenti seçilib

Uxnaaqiyn Xurelsux, Monqolustanın yeni prezidenti

© APA | Uxnaaqiyn Xurelsux, Monqolustanın yeni prezidenti

# 10 iyun 2021 07:10 (UTC +04:00)

Hakim Monqol Xalq Partiyasının sədri və ölkənin keçmiş Baş Naziri Uxnaaqiyn Xurelsux Monqolustanın yeni prezidenti seçilib.

APA “TRThaber”ə istinadən xəbər verir ki, Monqolustan Seçki Şurasının açıqladığı nəticələrə görə, Uxnaaqiyn Xurelsux, təxminən 1 milyon 75 min seçicidən 820.000-dən çoxunun səsini qazanıb.

52 yaşlı yeni prezident bildirib ki, Monqolustan üçün əlindən gələni edəcək: "İnsanlar mənə etimad göstərdilər və mən Monqolustan üçün əlimdən gələni edəcəyəm”.

Səsvermənin nəticələrinə görə, ikinci yerdə 242 692 səslə (20,1 %) "Doğru insan - elektorat" koalisiyasından Danqaasurenqiyn Enxbat olub.

Demokrat Partiyasını təmsil edən Sodnomzunduyn Erdene isə seçkilərdə 72 394 səs (6,0 %) toplayıb.

Ölkədə seçici aktivliyi 52,69 faiz olduğu bildirilib.

Qeyd edək ki, Monqolustanda 2019-cu ildə edilən konstitusiya dəyişikliyi ilə prezidentin səlahiyyət müddəti 6 ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR