Yaponiya sahillərində 6,6 bal gücündə zəlzələ olub

Yaponiya sahillərində 6,6 bal gücündə zəlzələ olub
# 10 noyabr 2021 20:20 (UTC +04:00)

Yaponiya sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Miyako adasında yerləşən, təxminən 34,3 min nəfər sakini olan Hirara şəhərindən 166 km cənub-şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

İnsan tələfatı, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR