Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
# 14 sentyabr 2021 03:40 (UTC +04:00)

Yaponiyanın mərkəzində 6,2 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ölkənin Milli meteoroloji idarəsindən bildirilib.

Məlumata görə, zəlzələnin episentri İbaraki prefekturasında olub. Yeraltı təkanın ocağı 450 km dərinlikdə yerləşib.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Təkanlar Çiba, İbaraki və paytaxt bölgəsi də daxil olmaqla ölkənin mərkəzi hissəsində hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR