Təbriz Universitetinin idman elmləri fakültəsinin nümayəndə heyəti Bakıya gələcək

Təbriz Universitetinin idman elmləri fakültəsinin nümayəndə heyəti Bakıya gələcək
# 16 sentyabr 2008 08:16 (UTC +04:00)
Bakı-APA. İran İslam Respublikası Təbriz Universitetinin İdman və Bədən Tərbiyəsi Assosiasiyasının İdman elmləri fakültəsinin 4 nəfərdən ibarət nümayəndə heyəti 17-20 sentyabr tarixlərində Bakıda səfərdə olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi Azərbaycanla idman və idman təhsili sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəaliyyəti ilə tanış olmaqdır. Qonaqlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor, müəllim heyəti ilə fikir mübadiləsi aparacaq, nəzəri və praktik dərslərdə iştirak edəcəklər. Bundan başqa, nümayəndə heyətinin Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində görüşləri nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR