İradə Aşumova Gürcüstanda da medal qazandı
24 dekabr 2008 14:26 (UTC +04:00)
Bakı – APA. Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova 2008-ci ildə iştirak etdiyi son beynəlxalq yarışda da medal qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin ən titullu güllə atıcısı bu gün Gürcüstanın paytaxtı Tiflisdə keçirilən yarışda fərqlənib. O, fəxri kürsünün ikinci pilləsinə qalxıb.
10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açan Aşumova 471,8 xalla gümüş medala layiq görülüb. Birinci yeri isə yerli idmançı, olimpiya, dünya və Avropa çempionu Nino Salukvadze tutub (485,5 xal). Həmçinin, bürünc medal da Gürcüstan təmsilçisi Nino Aroşidzeyə qismət olub.
Azərbaycan yığmasının digər üzvü, İradə Aşumovanın oğlu Ruslan Lunyov sabah atəş xəttinə çıxacaq. Yeniyetmə güllə atıcımız Camal Novruzzadə isə turnirin sonuncu günü, dekabrın 26-da bacarığını nümayiş etdirəcək.
Qeyd edək ki, Aşumova ötən həftə Lüksemburqda təşkil olunmuş beynəlxalq yarışda iki qızıl medal qazanmışdı.

Atletika
Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar
18:45
8 may 2024
Yığmamız Avropa bürüncünü qazanıb
18:10
5 may 2024
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib - FOTO - YENİLƏNİB-2
17:45
5 may 2024
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
14:20
5 may 2024