Nizami Paşayev Azərbaycan çempionatında iştirak etməyəcək

Nizami Paşayev Azərbaycan çempionatında iştirak etməyəcək
# 06 yanvar 2009 11:45 (UTC +04:00)
Bakı – APA. Ağır atletika üzrə ikiqat dünya çempionu Nizami Paşayev Azərbaycan çempionatında iştirak etməyəcək. Bu haqda apasport.az saytına Paşayev özü məlumat verib. Onun sözlərinə görə, yanvarın 8-9-da keçiriləcək yarışa qatılmağa səhhətindəki problem maneçilik yaradıb.

“Çiyin nahiyəmdə ağrılar var, hazırda müalicə olunuram. Çempionatdan kənarda qalmağımın da səbəbi elə budur” - deyə 28 yaşlı atlet vurğulayıb.

Paşayev apreldə Rumıniyada təşkil olunacaq Avropa çempionatınadək tam sağalacağına inamını bildirib: “Zədəm bir o qədər də ciddi deyil. İnşallah, Avropa birinciliyinə qədər sağalıb həmin yarışda iştirak edərəm”.

Qeyd edək ki, ölkəmizin ən titullu ağırlıqqaldıranı olan Nizami milli çempionatda sonuncu dəfə 3 il öncə mübarizə aparıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR