İradə Aşumova Münhendə keçirilən beynəlxalq turnirdə 14-cü yeri tutub

İradə Aşumova Münhendə keçirilən beynəlxalq turnirdə 14-cü yeri tutub
# 30 yanvar 2009 09:41 (UTC +04:00)
Bakı – APA. Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova Almaniyanın Münhen şəhərində keçirilən beynəlxalq turnirdə medal qazana bilməyib. Apasport.az saytının məlumatına görə, 51 yaşlı idmançı yarışda 14-cü yeri tutub.

10 metr məsafədən pnevmatik tapança ilə atəş açan Aşumova 381 xal (94+96+96+95) toplayıb. İlk “səkkizliy”ə düşərək, final mərhələsində mübarizə aparmaq üçün onun cəmi 1 xalı çatmayıb. Qızıl medala 484,7 xalla (385+99,7) polşalı Saqun Levandovska layiq görülüb.

Aşumovanın oğlu Ruslan Lunyov isə yeniyetmələrin mübarizəsində uğursuzluğa düçar olub. O, 564 xalla 45 nəfər arasında 27-ci pillədə qərarlaşıb. Ruslan bu gün 50 metrlik məsafədən kiçikçaplı tapança ilə atəş açacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR