Azərbaycan qılıncoynadanları Qran-Pri turnirində fiaskoya uğrayıblar
09 fevral 2009 08:36 (UTC +04:00)
Bakı – APA. Fransanın Orlean şəhərində qadınlar arasında qılıncoynatma üzrə Qran-Pri turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, sablya növü üzrə keçirilmiş yarışda Azərbaycan idmançıları fiaskoya uğrayıblar.
Belə ki, fərdi yarışlarda Sevil Bünyadova 114 iştirakçı arasında 58-ci, Sabina Mikina 60-cı, Aida Ələsgərova 79-cu, Sevinc Bünyatova isə 104-cü yeri tutub.
Eyni zamanda, Azərbaycan yığması da zəif nəticə göstərib. Tahir Həkimovun yetirmələri ardıcıllıqla, Ukrayna (32:45), Böyük Britaniya (33:45) və Kanadaya (39:45) uduzub. Milli komandamız yalnız Sinqapuru 45:38 hesabı ilə üstələyərək, axırıncıdan əvvəlinci, 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, qılıncoynadanlarımız Qran-Prinin növbəti mərhələsi çərçivəsində 12-15 fevral aralığında Rusiyanın paytaxtı Moskvada qüvvələrini sınayacaqlar.

Atletika
Azərbaycanlı “üçlük” gümüş medal qazandı
19:45
21 aprel 2024
Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazanıb
18:17
21 aprel 2024
Azərbaycanlı gimnast Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib
19:22
20 aprel 2024
Azərbaycanın Dünya Kubokunda iştirak edəcək gimnastları müəyyənləşib
16:08
16 aprel 2024