Potensiyanı zəiflədən idman növləri müəyyənləşib

Potensiyanı zəiflədən idman növləri müəyyənləşib
# 13 dekabr 2017 07:40 (UTC +04:00)

İdmanın bəzi növləri kişilərdə potensiyanı zəiflədir. Apasport.az saytının məlumatına görə, bunu almaniyalı alimlər araşdırıblar.

Belə ki, araşdırmanın nəticəsi artıq “Originalia” jurnalında dərc edilib. Velosiped idmanının da bu siyahıda yer aldığı vurğulanıb. Bu növ üzrə məşğul olan idmançılara oturacağı geniş olan velosipeddən istifadə etmək və hərəkət zamanı pozanı dəyişmək məsləhət görülüb. Həmçinin, at çapmaq və motosiklet sürməyin də potensiyaya ziyan olduğu açıqlanıb.

Bu baxımdan marafonun da xeyirli olmadığı təsbit edilib. Yəni qaçış zamanı orqanizmdə testosteronun səviyyəsi aşağı düşür. Bu da potensiyaya mənfi təsir göstərir.

Noyabrda isə amerikalı alimlər kişilərdə ereksiya prosesinin müddətinin uzanmasına səbəb olan bir içki kəşf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR