Ramil Quliyev “Diamond League”-in qalibi olub

Ramil Quliyev “Diamond League”-in qalibi olub
# 20 avqust 2017 18:55 (UTC +04:00)

Azərbaycanlı atlet Ramil Quliyev növbəti zəfərini qazanıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı həmyerlimiz dünya çempionluğunun ardınca “Diamond League” ("Brilliant Liqa”) daha bir qızıl medala sahib olub.

Yarışların 2017-ci il Paris mərhələsində 200 m məsafəyə qaçışda ən sürətli olan sprinteri Birmingem mərhələsində də keçən olmayıb. İdmançı finiş xəttinə 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicini 0,09 saniyə qabaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR