AB və London arasında ticarət əməkdaşlığı danışıqları Brüsseldə baş tutacaq

AB və London arasında ticarət əməkdaşlığı danışıqları Brüsseldə baş tutacaq
# 02 mart 2020 05:10 (UTC +04:00)

Avropa Birliyi və Böyük Britaniya arasında gələcək ticarət əməkdaşlığı haqqında danışıqların birinci raundu əsas vasitəçilər Mişel Barnye (AB) və Devid Frostun (Böyük Britaniya) iştirakı ilə martın 2-də Brüsseldə başlayacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, danışıqların birinci mərhələsi martın 5-dək davam edəcək.

Fevralın 25-də AB Şurası danışıqlar mandatını təsdiqləyib və Londonla dialoqu Avropa Komissiyasına həvalə edib. Britaniya isə fevralın 27-də öz danışıq mövqeyini ortaya qoyub.

Hər iki tərəf müsbət əhvalda olduqlarını bildirərək, qarşılıqlı faydalı və iddialı bir müqavilə bağlamağa çalışdıqlarını bəyan ediblər. Eyni zamanda, nə Brüssel, nə də London danışıqların asan olacağını düşünür. Britaniyalılar hətta yaya qədər razılığa gəlinməyəcəyi təqdirdə, dialoqu dayandıracaqlarını əlavə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR