Almaniya Yunan adalarından 1500 qaçqını qəbul etməyi planlaşdırır

Almaniya Yunan adalarından 1500 qaçqını qəbul etməyi planlaşdırır
# 15 sentyabr 2020 12:42 (UTC +04:00)
Almaniya Yunan adalarından təxminən 1500 qaçqını qəbul etməyi planlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə DPA agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Almaniya kansleri Angela Merkel və Daxili İşlər naziri Horst Şiofer bununla bağlı müzakirələr aparır.
Agenlik bildirib ki, bunlar uşaqlı ailələr olacaq.
Qeyd edək ki, əksəriyyəti Əfqanıstan, Suriya və Afrika ölkələrindən olan 12 min miqrant və qaçqının məskunlaşdığı Yunanıstanın Lesbos adasındakı Moria miqrant düşərgəsi yanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR