Almaniya koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin vaxtını uzadacaq

#
# 12:59
15 aprel 2020

Almaniya koronavirusla əlaqədar ölkə daxilində tətbiq edilən məhdudiyyətlərin vaxtını uzadacaq.

APA-nın xəbərinə görə, bu barədə DPA agentliyi adını açıqlamadığı etibarlı mənbəyə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, Almaniya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün ötən aydan tətbiq olunan məhdudiyyətləri ən azı mayın 3-dək uzatmağı planlaşdırır.

Bu gün Almaniya kansleri Angela Merkel videokonfrans vasitəsilə əvvəlcə nazirlərlə, daha sonra Almaniyanın 16 əyalətinin liderləri ilə vəziyyəti müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR