Almaniyada "Hizbullah"ın fəaliyyəti qadağan edilib

#
# 10:30
30 aprel 2020

Almaniyada "Hizbullah"ın fəaliyyəti qadağan edilib. 

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü "Twitter"də bildirib.

Nazirliyin sözçüsü deyib ki, hazırda bununla bağlı bir neçə federal torpaqda polis tərəfindən müvafiq addımlar atılmaqdadır.

Polisin Berlin, Dortmund, Bremen və Münsterdə "Hizbullah"a məxsus olduğu iddia edilən məscid dərnəkləri ilə bağlı araşdırma apardığı da bildirilib.

Səlahiyyətli şəxslər Almaniyada təxminən 1050 nəfərin “Hizbullah”ın fəal üzvü olduğunu təxmin edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR