Bolqarıstanda tibbi maskalardan istifadə rejimi bərpa edilib

Bolqarıstanda tibbi maskalardan istifadə rejimi bərpa edilib
# 23 iyun 2020 11:15 (UTC +04:00)

Bolqarıstan hökuməti qapalı məkanlarda tibbi maskalardan istifadə rejimini bərpa etmək qərarına gəlib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstanın Səhiyyə naziri Kirill Ananiyev bildirib.

O deyib ki, yenidən tibbi maska rejiminin bərpa edilməsi qərarı məhdudiyyət tədbirlərinin gücləndirilməsi fonunda baş verib.

Nazirin sözlərinə görə, buna səbəb son günlər ölkədə COVID-19 virusunun yayılması ilə bağlı vəziyyətin yenidən pisləşməsi olub. Belə ki, iyununun 7-dən 22-ə qədər Bolqarıstanda yoluxma 626 nəfərə qədər yüksəlib.

K. Ananiyev qeyd edib ki bu, əksər vətəndaşların sanitariya normalarına əməl etməməsi ilə bağlıdır. Vəziyyətin pisləşməsi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə də məhdudiyyətlər qoyulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR