Borçalıda daha 11 nəfər koronavirusa yoluxub

Borçalıda daha 11 nəfər koronavirusa yoluxub
# 14 sentyabr 2020 15:51 (UTC +04:00)

Gürcüstanda Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsində son sutka ərzində koronavirusa 11 yeni yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Kvemo Kartli Səhiyyə Xidmətinin rəhbəri Davit Beqaşvili məlumat yayıb. Onu sözlərinə görə, son yoluxma hallarının 6-sı Qardabanidə, 5-i isə Rustavidə qeydə alınıb. Yoluxan şəxslərin yoluxma hallarının geniş yayıldığı Acarıstan Muxtar Respublikasına səfər tarixçələrinin olduğu bildirilir.

Qeyd olunub ki, hazırda Rustavidə 115, Qardabanidə 20 nəfər özünü təcrid vəziyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR