Boris Conson Mayk Pompeo ilə görüşüb

Boris Conson Mayk Pompeo ilə görüşüb
# 21 iyul 2020 18:50 (UTC +04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Conson və ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş keçirilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, "Downing Street"də keçirilən görüşdə qlobal təhlükəsizlik məsələləri, Çinin Honq Konqdakı fəaliyyəti, İrandakı vəziyyət və Yaxın Şərqdəki sülh prosesi kimi xarici siyasət məsələləri barədə danışıqlar aparılıb.

“Baş Nazir və ABŞ Dövlət katibi hər iki ölkənin iqtisadiyyatına fayda gətirəcək Britaniya-ABŞ Azad Ticarət Sazişi üzərində danışıqlar aparacaqlarını vurğulayıblar”, - deyə Baş Nazirin sözçüsü keçirilən görüş haqda qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR