Böyük Britaniyanın Xarici İşlər naziri sabah Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın Xarici İşlər naziri sabah Türkiyəyə səfər edəcək
# 02 mart 2020 21:04 (UTC +04:00)

Böyük Britaniyanın Xarici İşlər Naziri Dominik Raab sabah Ankaraya səfər edəcək.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Britaniya XİN-in yaydığı bəyanatda deyilib.

Səfər çərçivəsində Dominik Raab Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Bəyanatda qeyd edilib ki, bu səfər Britaniyanın özünün NATO müttəfiqi olan Türkiyə ilə yaxın dostluğunu və bu ölkəyə davamlı dəstəyini bir daha təsdiqləyəcək.

Dominik Raab Suriya rejimi və Rusiya qüvvələrinin İdlibdəki hücumlarını qınadığını və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə əlaqədar Britaniyanın öz narahatlığını dilə gətirməkdə davam edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR