Britaniyada martın 22-dən bəri ilk dəfə son sutkada koronavirusdan ölənlərin sayı 50-dən az olub

Britaniyada martın 22-dən bəri ilk dəfə son sutkada koronavirusdan ölənlərin sayı 50-dən az olub
# 14 iyun 2020 21:32 (UTC +04:00)

Böyük Britaniyada martın 22-dən bəri ilk dəfə son sutka ərzində koronavirusdan ölənlərin sayı 50-dən az olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada ölənlərin sayı 36, yoluxanların sayı isə 1514 nəfər olub.

Ölkə üzrə ölənlərin ümumi sayı 41698 nəfərə, virusa yoluxanların ümumi sayı isə 295 889 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR