Britaniyada son sutkada 40 nəfər koronavirusdan həyatını itirib

#
# 00:07
11 aprel 2021

Böyük Britaniyada son sutka ərzində 2589 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 368 045 nəfərə çatıb. 

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 40 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 080 nəfərə çatıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR