Cozep Borrell Vladimir Zelenski ilə görüşüb

Cozep Borrell Vladimir Zelenski ilə görüşüb
# 22 sentyabr 2020 16:14 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

Görüş Cozep Borrellin Kiyevə rəsmi səfəri çərçivəsində baş tutub.

“Aİ Ukrayna xalqını və Ukraynanın suverenliyini dəstəkləyir. Bütün ukraynalıların xeyrinə olan effektiv islahat prosesinə dəstək olaraq biz Ukraynanın ən güclü və ən etibarlı tərəfdaşıyıq”, - deyə C. Borrell qeyd edib.

C. Borrell Ukraynanın Müdafiə naziri Andriy Taranla da görüşüb. Görüşdə Aİ və Ukraynanın təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə olunub.

“Aİ Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləməyə davam edir”, - deyə Aİ-nin Ali Nümayəndəsi vurğulayıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR