Dünyada son sutkada 644 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 644 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 05 may 2021 00:10 (UTC +04:00)

Dünyada son sutka ərzində 644 685 nəfər koronavirusa yoluxub, 10 501 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 153 187 889 yoluxma hadisəsi, 3 209 109 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 58 faizdən çoxu Cənub-Şərqi Asiyanın (375 449) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (123 416) ilə Avropa (83 528) bölüşür.

Qeyd edək ki, ötən gün dünyada son sutka ərzində koronavirusa yoluxma sayı 808 563, ölüm sayı isə 12 870 nəfər olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR