Dünyada son sutkada koronavirusa 675 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 675 mindən çox yoluxma qeydə alınıb
# 12 aprel 2021 23:20 (UTC +04:00)

Dünyada son sutka ərzində 675 707 nəfər koronavirusa yoluxub, 11 746 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 135 646 617 yoluxma hadisəsi, 2 930 732 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 34 faizdən çoxu Şimali və Cənubi Amerikanın (234 785) payına düşür. Digər yerləri isə Avropa (181 865) ilə Cənub-Şərqi Asiya (180 579) bölüşür.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR