Dünyada son sutkada koronavirusa 794 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 794 mindən çox yoluxma qeydə alınıb
# 27 aprel 2021 02:40 (UTC +04:00)

Dünyada son sutka ərzində 794 573 nəfər koronavirusa yoluxub, 12 470 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 146 841 882 yoluxma hadisəsi, 3 104 743 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 46 faizdən çoxu Cənub-Şərqi Asiyanın (366 552) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (201 644) ilə Avropa (134 957) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR